EMS (Korea Post) — 7–14 gün
Kiçik və orta ölçülü hissələr — 20 kq-a qədər. Datçik, filtr, şlanq, podşipnik, körpü hissələri. Bağlamanı izləmək mümkündür.
Çatdırılma şərtləriHava kargosu — 10–18 gün
Böyük və ya ağır hissələr — bamper, qapaq, radiator, amortizator dəsti. Bağlamanı izləmək mümkündür.
Çatdırılma şərtləriDəniz kargosu — 35–50 gün
Çox ağır və həcmli yüklər — mühərrik, sürətlər qutusu, külli miqdarda sifariş. Bağlamanı izləmək mümkündür.
Çatdırılma şərtləriMüddətlər gömrük rəsmiləşdirilməsi daxil olmaqla göstərilib. Bayram günləri və gömrükdə əlavə yoxlama müddəti uzada bilər — belə hallarda sizi dərhal məlumatlandırırıq.
Haqqımızda
Biz kimik
KOREPART Koreya markaları — Hyundai, Kia, Genesis və SsangYong — üçün orijinal ehtiyat hissələri gətirən şirkətdir.
İşimizin əsası sadədir: müştəri bizə avtomobilin VIN kodunu göndərir, biz rəsmi kataloqda detalın kodunu tapırıq, Koreyadakı rəsmi satış nöqtəsindən sifariş verib Bakıya çatdırırıq. Aralıqda vasitəçi yoxdur — ona görə həm qiymət, həm də məhsulun əsl olması bizim nəzarətimizdədir.
Ətraflı





